2025-ci ildə beynəlxalq matçlarda ən çox qol vuran 8 futbolçu

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2025-ci ildə keçirilən beynəlxalq oyunlarda ən çox qol vuran futbolçuların siyahısını dərc edib.
"Mediasport" xəbər verir ki, sıralamada milli komanda və qitə kuboklarında ən azı 4 qol vuran oyunçular yer alıblar.
Bu göstəriciyə 8 futbolçu nail olub.
1. Usman Dembele (PSJ, Fransa millisi) - 6 qol
2. Vangelis Pavlidis (“Benfika”, Yunanıstan millisi) - 6
3. Kilian Mbappe (“Real”, Fransa millisi) - 5
4-8. Serj Girassi (“Borussiya” D., Qvineya millisi) – 4
Lautaro Martines (“İnter”, Argentina millisi) - 4
Santyaqo Ximenes (“Feyenoord”, “Milan”, Meksika millisi) – 4
Rodriqo (“Real”, Braziliya millisi) – 4
Sərdar Azmun (“Əl-Əhli”, İran millisi) – 4