Millimiz beynəlxalq turnirdə 3 qələbə ilə bürünc medal qazandı

16 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan milli komandası Qazaxıstanda keçirilən "Airom Cup" beynəlxalq turnirində uğurla çıxış edib.
"Mediasport" xəbər verir ki, yığmamız Atırau şəhərində təşkil olunan yarışda bürünc medal qazanıb.
Erhan Tokerin baş məşqçisi olduğu millimiz bu nəticəni üç qələbə, bir məğlubiyyətlə əldə edib.
Yalnız "Barsı Atırau"ya (54:72) uduzan basketbolçularımız "Aul Sport" (60:33), "Kipers" (71:16) və "Kutaisi"dən (58:51) üstün olublar