Millimiz Astanada "Böyük Dəbilqə" yarışında 4 qızıl medal qazandı
Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə "Böyük Dəbilqə" turnirinə yekun vurulub.
"Mediasport" xəbər verir ki, Azərbaycan idmançıları yarışda 7 medal qazanıblar.
Mükafatlardan 4-üı qızıl, 1-i gümüş, 2-si isə bürünc əyarlı olub.
Son gündə Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Daha əvvəl Əhməd Yusifovla (60 kq) Ömər Rəcəbli (81 kq) birinci yeri tutmuşdu.
Balabəy Ağayev (60 kq) gümüş, Zelim Kotsoyev (100 kq) və Camal Qamzatxanov (+100 kq) isə bürünc mükafatla kifayətlənib.
Millimiz kişilərin yarışında 1-ci, ümumi komanda hesabında 2-ci olub.
