Azərbaycan yığmasının 3 üzvü "Qran pri" üçün İtaliyaya yollandı

 Azərbaycan yığmasının 3 üzvü "Qran pri" üçün İtaliyaya yollandı

Azərbaycan millisinin taekvondoçuları İtaliyanın Roma şəhərində "Qran pri"də iştirak edəcəklər.

"Mediasport" xəbər verir ki, 5-7 iyun aralığında təşkil olunacaq yarışda yığmamızın 3 üzvü mübarizə aparacaq.

Turnirdə Qaşim Maqomedov (58 kq), Cavad Ağayev (80 kq) və Eltac Qafarov (+80 kq) gücünü sınayacaq.

Komanda böyüklərdən ibarət yığmamızın baş məşqçisi Məmməd Abdullayevin rəhbərliyində yarışacaq.

Qeyd edək ki, idmançılarımız turnirə Dünya Taekvondo Federasiyasının (WT) reytinq sıralamasına əsasən dəvət qazanıblar.

“Qran pri” seriyası dünya taekvondosunun ən prestijli yarışlarından hesab olunur və burada əldə olunan nəticələr idmançılara həm yüksək reytinq xalları, həm də Olimpiya təsnifatı baxımından mühüm üstünlüklər qazandırır.