Premyer Liqa təmsilçisi azərbaycanlı forvardı yola saldı
"İmişli" futbolçusu İbrahim Əliyevlə yollarını ayırıb.
"Mediasport" xəbər verir ki, 26 yaşlı hücumçu müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Qeyd edək ki, İbrahim Əliyev mövsümün ilk yarısında aranlıların heyətində 11 oyun keçirib, 1 qol vurub.
