"Neftçi"dən qayıdan futbolçunu bu dəfə Özbəkistana göndərdilər

"Neftçi"dən qayıdan futbolçunu bu dəfə Özbəkistana göndərdilər

2025-ci ili "Neftçi"də keçirmiş Aleks Fernandeşin yeni komandası məlum olub.

"Mediasport" xəbər verir ki, braziliyalı yarımmüdafiəçi karyerasını Özbəkistanda davam etdirəcək.

Müqavilə ilə Rusiyanın "Baltika" klubuna məxsus "sambaçı" Yüksək Liqa təmsilçisi "Navbahor"a keçib.

Cənubi amerikalı ilin sonunadək Namanqan klubunda icarə əsasında oynayacaq.

Xatırladaq ki, Azərbaycanda da icarə əsasında çıxış etmiş 23 yaşlı Aleks "ağ-qaralar"ın heyətində 16 oyunda 1 qolla yadda qalıb.