"Sabah"ı növbəti dəfə əcnəbi məşqçi çalışdıracaq - RƏSMİ

Bugünlərdə Vasili Berezutski ilə vidalaşan “Sabah” futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.
"Mediasport" xəbər verir ki, "bayquşlar"ı Valdas Dambrauskas çalışdıracaq.
Litvalı mütəxəssislə 3 illik müqavilə bağlanılıb.
Dambrauskas baş məşqçi karyerası ərzində Litvanın “Ekranas” (2013-2014), “Jalgiris” (2014-2017), Latviyanın RFS (2017-2020), Xorvatiyanın “Qoritsa” (2020-2021), “Hayduk” (2021-2022), Bolqarıstanın “Ludoqorets” (2021), Yunanıstanın “OFİ Krete” (2022-2023) və Macarıstanın “Dyoşdyor” (2025) klublarında çalışıb.
O, baş məşqçi kimi bir dəfə Bolqarıstan çempionu (2020/21), iki dəfə Litva çempionu (2014/15, 2015/16), bir dəfə Latviya Kubokunun (2018/19), üç dəfə Litva Kubokunun (2014/15, 2015/16, 2016/17), bir dəfə Xorvatiya Kubokunun (2021/22), iki dəfə Litva Superkubokunun (2015/16, 2016/17), bir dəfə isə Bolqarıstan Superkubokunun (2021/22) qalibi olub.