ATF rəsmiləri yeni vəzifədə

 ATF rəsmiləri yeni vəzifədə

Avropa Taekvondo Birliyinin (ETU) müxtəlif komitələrinə seçimlərin nəticələri elan edilib.

"Mediasport" xəbər verir ki, qurumun prezidenti Sakis Praqalos tərəfindən Azərbaycan Taekvondo Federasiyasının (ATF) Baş katibi Aygül Abdullayeva Hakimlər Komitəsinin üzvü, ATF-in mətbuat katibi Aysel Sultanova isə Media Komitəsinin vitse-sədri (Vice-Chair) təyin olunub.

Təyinatlar ETU-nun 2027-ci ildə keçiriləcək Baş Assambleyasının iclasınadək qüvvədə olacaq.