"Neftçi"də kapitanlar müəyyənləşdi

Yay "transfer pəncərəsində" heyətini yeni futbolçularla gücləndirən "Neftçi"nin 2025-26 mövsümündə kapitanları müəyyənləşib.
"Mediasport" xəbər verir ki, "ağ-qaralar"ın əsas kapitanı Emin Mahmudov olacaq.
Qapıçılar Emil Balayev və Kenan Piriç isə vitse-kapitan təyin olunublar.
Xatırladaq ki, paytaxt təmsilçisi Premyer Liqasının ilk turunda doğma azarkeşlər önündə "Şamaxı" ilə üz-üzə gələcək.