Premyer Liqa klubundan xahişlə ayrılıb 1-ci Liqaya üz tutdu

 Premyer Liqa klubundan xahişlə ayrılıb 1-ci Liqaya üz tutdu

"Araz-Naxçıvan"dan ayrılan Slavik Alxasovun yeni komandası müəyyənləşib.

"Mediasport" xəbər verir ki, müdafiəçi "Səbail"də oynayacaq.

33 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

O, kareyarası ərzində “Sumqayıt”, “Xəzər Lənkəran”, “Keşlə”, “Sabah” və “Zirə”nin də heyətində çıxış edib.

Qeyd edək ki, U-21 millimizin sabiq üzvü "Araz-Naxçıvan"dan müqaviləsinə xitam verilməsini xahiş etdikdən sonra ayrılıb.