"Qarabağ" Avstriya toplanışına Elvin Cəfərquliyevi də apardı
"Qarabağ" təlim-məşq toplanışının ikinci mərhələsi üçün Avstriyaya yollanıb.
"Mediasport" xəbər verir ki, "atlılar" iyulun 2-dək Tirol əyalətində hazırlıq keçəcək.
Komanda iyunun 27-də Avstriyanın Bundesliqa təmsilçisi "Tirol" klubu ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 19:00 başlanacaq.
Digər iki görüş iyulun 1-də təşkil olunacaq. Ukraynanın "Xarkov" komandası ilə oyun Bakı vaxtı ilə saat 15:00 start götürəcək.
Macarıstan təmsilçisi "Ferentsvaroş" ilə qarşılaşma Bakı vaxtı ilə saat 20:00-a planlaşdırılıb.
Başa çatan mövsümün sonlarına yaxın Qurban Qurbanovun qərarı ilə əvəzedici heyətə göndərilmiş Elvin Cəfərquliyev də kollektivdə yer alıb.
View this post on Instagram


