"Qarabağ" İngiltərəyə yola düşür

"Qarabağ" İngiltərəyə yola düşür

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu turu çərçivəsində "Liverpul"un qonağı olacaq "Qarabağ" İngiltərəyə bu gün yollanır.

"Mediasport" xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv birbaşa səfərə Heydər Əliyev Beynəlxalq Hava Limanından Bakı vaxtilə saat 15:00-da çıxacaq.

Komandamızı Liverpul şəhərinə 7 saatlıq uçuş gözləyir.

Ağdam təmsilçisi sabah oyunun keçiriləcəyi "Enfild" stadionunda son məşqini edəcək.

Görüş yanvarın 28-dən 29-na keçən gecə Bakı vaxtilə saat 00:00-da başlanacaq.