Qarabağ klubunda yeni təyinat

 Qarabağ klubunda yeni təyinat

1-ci Liqada debüt edəcək "Xankəndi" Futbol Klubunda yeni təyinat olub.

"Mediasport" xəbər verir ki, Elnur Məcidov Qarabağ təmsilçisinin icraçı direktoru təyin edilib.

O, əvvəlki mövsümlərdə klubun formalaşması, inkişaf mərhələləri, təşkilati işlərin qurulması və idarəetmə proseslərində fəaliyyət göstərib.

Xatırladaq ki, ötən mövsüm 2-ci Liqada çempion olan klubda Müşahidə Şurası yaradılıb və Elgün Səmədov sədr postuna gətirilib.