"Qarabağ" Konfrans Liqasında Kiyev "Dinamo"su ilə qarşılaşacaq

"Qarabağ" Konfrans Liqasında Kiyev "Dinamo"su ilə qarşılaşacaq

UEFA Avropa Liqası ilə vidalaşan "Qarabağ"ın Konfrans Liqasının 3-cü təsnifat mərhələsində rəqibi məlum olub.

"Mediasport" xəbər verir ki, Ağdam klubu burada "Dinamo" Kiyevlə (Ukrayna) qarşılaşacaq.

KL-də 3-cü raundun ilk görüşləri avqustun 6-da, cavab matçları avqustun 13-də keçiriləcək.