"Qarabağ" azarkeşlərə müraciət etdi: "Giriş məhdudlaşdırılacaq"

"Qarabağ" azarkeşlərə müraciət etdi: "Giriş məhdudlaşdırılacaq"

Sabah Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində Danimarkanın "Kopenhagen" klubu ilə qarşılaşacaq "Qarabağ" azarkeşlərə müraciət edib.

"Mediasport" xəbər verir ki, Ağdam təmsilçisi azarkeşləri stadiona erkən gəlməyə çağırıb.

Qeyd edilib ki, bu, stadiona rahat daxil olmağa, sıxlıqdan yayınmağa və komandanın isinmə hərəkətlərini tam dolu tribunalar qarşısında həyata keçirərək əlavə motivasiya qazanmasına imkan verəcək.

Xatırladaq ki, oyun başlayandan 20 dəqiqə sonra stadiona giriş məhdudlaşdırılacaq. Qapılar qarşılaşmaya 2 saat qalmış açılacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də start götürəcək.