Azərbaycanın FİFA referisi Avropa çempionatının final mərhələsində

Azərbaycanın FİFA referisi Avropa çempionatının final mərhələsində

FİFA referisi Elçin Məsiyev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında bu il Slovakiyada keçiriləcək Avropa çempionatının final mərhələsinə təyinat alıb.

"Mediasport" xəbər verir ki, I kateqoriyaya malik ədalət təmsilçisinin hakimlər briqadasında Elşad Abdullayev və Pərvin Talıbov köməkçi hakim funksiyasını yerinə yetirəcəklər.

Avropa çempionatının final mərhələsi 11-28 iyun aralığında 16 komandanın iştirakı ilə keçiriləcək.