"Seltik" Azərbaycandan daha bir futbolçunu transfer etmək istəyir

"Seltik" Azərbaycandan daha bir futbolçunu transfer etmək istəyir

"Seltik" Azərbaycanda oynayan daha bir futbolçunu transfer etmək istəyir.

"Mediasport" xəbər verir ki, Şotlandiya nəhəngi "Sabah"ın vingeri Aaron Maludanı gözaltı edib.

Qlazqo təmsilçisi 20 yaşlı fransalının keçidi üçün danışıqları sürətləndirib.

Məlumata görə, britaniyalılar futbolçuya görə Azərbaycan çempionuna 3 milyon avro ödəməyə hazırdırlar.

"Bayquşlar"ın heyətində ötən ilin yayından forma geyinən Maludanın klubla müqaviləsi 2029-cu ilə qədərdir.

Xatırladaq ki, "Seltik" bugünlərdə "Qarabağ"dan Kamilo Duranla güclənib.