Asif Məmmədov "Xankəndi"də

 Asif Məmmədov "Xankəndi"də

Azərbaycan 2-ci liqasında yarışan "Xankəndi" heyətinə yeni futbolçu qatıb.

"Mediasport" xəbər verir ki, Qarabağ təmsilçisi Asif Məmmədovla anlaşıb.

Son olaraq "Cəbrayıl"ın formasını geyinmiş müdafiəçi ilə müqavilə mövsüm başa çatana kimi nəzərdə tutulub.

Liqada çempionluğa oynayan "Xankəndi" 14 turdan sonra "Qaradağ Lökbatan"la birlikdə şərikli liderdir. Hər iki kollektivin 39 xalı var.