Azərbaycanda dekabrın ən yaxşı qol müəlliflərinin adları açıqlandı
Peşəkar Futbol Liqası (PFL) "Ayın qolu" layihəsi üzrə dekabrın qaliblərini açıqlayıb.
"Mediasport" xəbər verir ki, Premyer Liqada ən yaxşı qol müəllifi "Kəpəz"dən Ryonosuke Ohori seçilib.
Münsiflər heyəti 1-ci Liqada "Şahdağ"dan Ruslan Voronsov, 2-ci Liqada isə "Quba"dan Ramin Məhərrəmovu birinci yerə layiq görüblər.
