"Qarabağ"la oyunumuzun o qədər də yaxşı olduğunu düşünmürəm"
"Qarabağ"la oyunumuzun o qədər də yaxşı olduğunu düşünmürəm. Yəqin ki, əsas problemimiz erkən iki qol vurmağımız oldu. Daha çox qol vurmaq üçün lazım olan istəyi göstərə bilmədik".
"Mediasport" xəbər verir ki, bu sözləri UEFA çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"a rəqib olmuş İngiltərənin "Nyukasl Yunayted" klubunun baş məşqçisi Eddi Hau deyib.
Mütəxəssis təmsilçimizlə cavab görüşündən sonra komandasının çıxışından tam razı qalmadığını bildirib:
"1/8 finala çıxmağımız bizim üçün tarixi nailiyyətdir. Çempionlar Liqası bizim üçün möhtəşəm bir təcrübədir".
Xatırladaq ki, komandalar arasında görüşlər 1:6 və 2:3 hesabları ilə rəqibin xeyrinə yekunlaşıb.
