Rəsul Zəkiyev Tbilisidə Dünya Kubokunda iki qızıl medal qazandı

Rəsul Zəkiyev Tbilisidə Dünya Kubokunda iki qızıl medal qazandı

Azərbaycanın parapauerliftinqçisi Rəsul Zəkiyev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Dünya Kubokunda uğurla çıxış edib.

"Mediasport" xəbər verir ki, gənc idmançımız iki qızıl medal qazanıb.

88 kq çəki dərəcəsində yarışan 19 yaşlı idmançı həm ümumi qaldırmada üç hərəkətin cəmində 321 kq nəticə ilə, həm də ən yaxşı qaldırmada 112 kq nəticə ilə qızıl medala sahib çıxıb.