"Sabah"ın baş məşqçisi Rusiya klubundan təklif alıb? - AÇIQLADI

“Sabah”da işlərim yaxşı gedir. İndi mövsümün sonuna bir tur və kubokun final görüşü qalıb".
"Mediasport" xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Vasili Berezutski deyib.
Vətənində səfərdə olan rusiyalı mütəxəssis uzun illər formasını geyindiyi ÇSKA-nın baş və ya köməkçi məşqçisi olub-olmayacağı barədə sualı cavablandırıb.
42 yaşlı məşqçi “Советский спорт”a açıqlamasında gələcəyin necə olacağını bilmədiyini qeyd edib:
"Həyatda hər şey mümkündür. Hazırkı baş məşqçi Marko Nikoliç məni ÇSKA-da işləməyə dəvət etməyib”.
Qeyd edək ki, Vasili Berezutski 2024-cü il noyabrın 25-də Masazır təmsilçisi ilə 2,5 illik müqavilə imzalayıb.