"Çalışacağıq ki, əlimizdə olan futbolçulardan istifadə edək"

"Azarkeşlərimizə təşəkkür edirəm. Bizə həmişəki kimi dəstək oldular".
"Mediasport" xəbər verir ki, bu sözləri "Neftçi"nin məşqçisi Mübariz Orucov deyib.
Mütəxəssis Azərbaycan Premyer Liqasının 29-cu turunun "Şamaxı" ilə səfər görüşü haqda danışıb:
"7-8 oyunçunun xidmətindən məhrum idik. Bəzi futbolçularımız öz mövqeyində çıxış etmirdi, heyətdə rotasiyalar etmişdik.
Buna baxmayaraq, yaxşı mübarizə apardılar. Onlara təşəkkür edirəm.
Bəzi oyunçularımızda yüngül zədədir, bəzlilərində ağır. İndi nəsə demək olmur. Çalışacağıq ki, əlimizdə olan futbolçulardan istifadə edib meydana qələbə üçün çıxaq".
"Sabah"ın baş məşqçisi Vasili Berezutskinin komandanın keçmiş futbolçusu Elvin Camalov haqda danışmasına gəlincə, oxumamışam, məlumatım yoxdur. Bilmirəm nədən danışıb, Camalovun hansı hərəkətini nəzərdə tutur. Nəsə deməıyim düzgün olmaz".
Qeyd edək ki, paytaxt klubu Şamaxıda 2:0 hesablı qələbə qazanıb.