Tanınmış Avropa klubu Toral Bayramovu transfer etmək istəyir

"Qarabağ"ın futbolçusu Toral Bayramov karyerasını Belçikada davam etdirə bilər.
"Mediasport" xəbər verir ki, bu barədə “VoetbalPrimeur.be” saytı məlumat yayıb.
Yüksək Liqa təmsilçisi "Standard"ın Azərbaycan yığmasının üzvünə təklif göndərməyə hazırlaşdığı bildirilir:
"O, sol cinah müdafiəçisi kimi oynamağa üstünlük versə də, “Qarabağ”da xidmətindən sağ cinah müdafiəçisi, hətta vinger kimi də istifadə olunur. Bu, Bayramovun qol vurma qabiliyyətinin yüksək olmasına görədir. Təkcə ötəm mövsümdə komandasının on qolunun müəllifi olub və doqquz məhsuldar ötürmə edib".
Qeyd edək ki, “Standard” 2024/2025-ci illər mövsümünü 7-ci pillədə başa vurub. 10-qat Belçika çempionu son dəfə 2008/2009-cu illər mövsümündə liqanın qalibi olub.