"Traktor"a tarixi çempionluğu qazandıran Skoçiçlə bağlı QƏRAR

Cənubi Azərbaycanın "Traktor" klubuna tarixində ilk dəfə İran çempionluğunu qazandıran Draqan Skoçiçin karyerasını harada davam etdirəcəyi müəyyənləşib.
"Mediasport" xəbər verir ki, Təbriz klubunun rəhbərliyi xorvatiyalı mütəxəssislə yola davam etmək qərarına gəlib.
"Al qurdlar"ın prezidenti Məhəmməd Rza Zənuzi Mütləq 57 yaşlı çalışdırıcının anlaşmasını iki mövsümlük uzadıb.
Skoçiç 2024-cü ilin iyulundan rəhbərlik etdiyi "Traktor"un 2026/2027-ci illər mövsümünün sonunadək baş məşqçisi olacaq.