"Turan Tovuz" Türkiyədə "Fatih Karagümrük"lə üz-üzə - YENİLƏNİR
Yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən “Turan Tovuz” bu gün ikinci yoxlama oyununu keçirəcək.
"Mediasport" xəbər verir ki, Kurban Berdıyevin komandası Ankarada “Fatih Karagümrük”lə qarşılaşacaq.
Matç Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.
Xatırladaq ki, tovuzlular təlim-məşq toplanışında keçirdikləri ilk sınaqda İranın U-21 yığması ilə heç-heçə ediblər (1:1).


