"Turan Tovuz"un məşqçiləri kənd məktəbinin qonağı oldular
"Turan Tovuz" klubunun nümayəndələri "Akademiya gündəliyi" çərçivəsində Qədirli kənd tam orta məktəbinin qonağı olub.
"Mediasport" xəbər verir ki, akademiyanın məşqçiləri məktəblilərlə görüşüblər.
Qeyd edək ki, klub rəsmiləri layihə çərçivəsində mütəmadi olaraq Tovuzun kəndlərinə səfər edərək orada uşaqların futbola marağının artması istiqamətində işlər görürlər.
Həmçinin, istedadlı futbolçular klubun akademiyasına cəlb olunurlar.
