Yeni transferi dubl etdi, "Qəbələ" 1-ci liqa klubuna 7 qol vurdu
Premyer Liqada mövsümün ikinci hissəsinə hazırlaşan "Qəbələ" daha bir yoxlama oyunu keçirib.
"Mediasport" xəbər verir ki, Kaxaber Çxadadzenin komandası 1-ci Liqa klubu "Baku Sportinq"lə qarşılaşıb.
Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutan görüş şimallıların 7:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeni transfer İsmaheel Akinade dubl edib.
