Dünya çempionatı: Millimiz ilk günü bir medalla tamamladı

 Dünya çempionatı: Millimiz ilk günü bir medalla tamamladı

Perunun paytaxtı Limada cüdo üzrə gənclər arasında dünya çempionatı start götürüb.

"Mediasport" xəbər verir ki, ilk yarış günü Azərbaycan milli komandası üçün 1 medalla yadda qalıb.

66 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Musayev bürünc mükafat qazanıb.

O, üçüncü yer uğrunda görüşdə komanda yoldaşı Nizami İmranova qalib gəlib.

60 kq-da Fərid Qarayev, Nihad Məmişov, 52 kq-da Xədicə Qədəşova və Aydan Vəliyeva isə ümidləri doğrultmayıb.

Mundiala 65 ölkədən 463 idmançı qatılıb.