FİFA transfer qadağası qoydu

FİFA transfer qadağası qoydu

FİFA Türkiyənin “Sivasspor” klubuna transfer qadağası qoyub.

"Mediasport" xəbər verir ki, Super Liqa klubu qarşıdakı 3 transfer dönəmində heyətinə yeni oyunçu cəlb edə bilməyəcək.

Cəzaya klubun maliyyə və müqavilə öhdəliklərini yerinə yetirməməsi səbəb olub.

Qeyd edək ki, komanda hazırda turnir cədvəlində 24 turdan sonra 24 xalla 15-ci pillədə qərarlaşıb.