3 boksçumuz mübarizəyə başlayır, 2 idmançımız 1/4 finala yüksəldi

  3 boksçumuz mübarizəyə başlayır, 2 idmançımız 1/4 finala yüksəldi

İngiltərənin Liverpul şəhərində boks üzrə dünya çempionatı keçirilir.

"Mediasport" xəbər verir ki, bu gün üç boksçumuz rinqə çıxacaq.

Nicat Hüseynov (55 kq) Bilguunsayxan Xarxu ilə, Murad Allahverdiyev (80 kq) Filip Akilovla üz-üzə gələcək.

Sübhan Mamedov (50 kq) isə Samet Gümüşü mübarizədən kənarlaşdırmağa çalışacaq.

Dünən baş tutan görüşlərdən sonra Səidcəmşid Cəfərov (75 kq) və Alfonso Dominqes (90 kq) 1/4 finala yüksəlib.