Yığma komandamız Bakıda iki dəfə Belarus millisi ilə qarşılaşacaq
Kişi basketbolçulardan ibarət Azərbaycan milli komandası iki yoxlama matçına çıxacaq.
"Mediasport" xəbər verir ki, yığmamız 20 və 22 iyunda Bakıda Belarusla üz-üzə gələcək.
Bu görüşlər Avropa çempionatının qrup mərhələsinin son qarşılaşmaları üçün hazırlıq məqsədilə keçiriləcək.
Xatırladaq ki, həmin oyunlar çərçivəsində millimiz müvafiq olaraq, Lüksemburq (2 iyul) və İrlandiyanı (5 iyul) üstələməyə çalışacaq.


