AFFA-dan "İmişli"yə XƏBƏRDARLIQ

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Mediasport.com.az xəbər verir ki, yığıncaqda I Liqanın XIV turunda qeydə alınan neqativ hadisələr qiymətləndirilib.
Turun “İmişli” - “Qəbələ” matçının 58-ci dəqiqəsində meydan sahibi azarkeşlər tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilib. Bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə kluba xəbərdarlıq edilib.
Oyunun 49-cu dəqiqəsində “Qəbələ”nin məşqçisi Amil Ağacanov ikinci sarı vərəqədən sonra meydandan qovulduğu üçün 1 oyun cəzalanıb. Klub 100 manat cərimələnib.
“Zaqatala” ilə səfər matçında 4 futbolçusu sarı vərəqə aldığı üçün “Difai” 70 manat cərimə ödəyəcək.