Nurlan Paşayevdən qızıl medal

  Nurlan Paşayevdən qızıl medal

Litvada akademik avarçəkmə üzrə 64-cü dəfə təşkil edilən ənənəvi "Amber Oars" beynəlxalq turnirində Nurlan Paşayev birinci olub.

"Mediasport" xəbər verir ki, birnəfərlik qayıqda yüngül çəkili idmançıların yarışında mübarizə aparan idmançımız bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıb.

Xatırladaq ki, "Amber Oars" beynəlxalq turniri akademik avarçəkmə üzrə ənənəvi və nüfuzlu beynəlxalq yarışlardan hesab olunur.