Yalnız Azərbaycan və Latviya - Avropada şərikli liderdirlər

Yalnız Azərbaycan və Latviya - Avropada şərikli liderdirlər

Avrokubokların II təsnifat mərhələsi başa çatıb.

"Mediasport" xəbər verir ki, Azərbaycan bu iki raundda bonuslar nəzərə alınmamaqla ən çox reytinq xalı toplayan iki ölkədən biridir.

9 qələbə qazanan komandalarımız 3 heç-heçə edib və 2 dəfə uduzub.

Bu, ölkənin UEFA reytinqinə 2,625 xal gətirib. Cari mövsümün baş tutan mərhələlərində yalnız Latviya eyni göstəriciyə malikdir.

Bonusları da nəzərə alsaq, ümumilikdə yalnız 5 ölkənin hesabında daha çox xal var.

Bir sözlə, Azərbaycanla Latviya ümumilikdə mövsümdə 6-7-ci yerləri bölüşür. Daha çox xala malik olanlardan dördü – İspaniya (3,750), Almaniya (3,428), İtaliya (3,428) və İngiltərə (3,333) birbaşa liqa mərhələsində oynayan klublarına görə yüksək əmsal əldə edib.

İki komandası mübarizəyə başlayan Portuqaliya isə 3,000 xalın 0,600-nü təsnifat mərhələlərində, 2,400-nü bonuslarla qazanıb.


2026/27 mövsümündə bonuslar nəzərə alınmadan ən çox xal qazanan ölkələr:


yer          ölkə                Q    H    M    X

1-2      Azərbaycan        9    3    2    2,625

           Latviya               10    1    3    2,625

3         Estoniya             8    4     4    2,500

4         Finlandiya          7    3     4    2,125

5         Lixtenşteyn        2    0     0    2,000


Azərbaycan klublarının nəticələri və ölkə reytinqində payı:


yer     Komanda        Q    H    M    X

1        Sabah              4    0     0    1,000

2       Qarabağ           2    2     0    0,750

3        Zirə                  2    1     1    0,625

4       Neftçi                1    0      1    0,250


Qeyd edək ki, “Sabah” UEFA Çempionlar Liqasında mübarizəni davam etdirir, “Qarabağ” UEFA Avropa Liqasından UEFA Konfrans Liqasına düşüb, “Zirə” və “Neftçi” UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.