Qurban Qurbanov: "Hər görüşdə 3-4 qol da görmək mümkündür"

Qurban Qurbanov: "Hər görüşdə 3-4 qol da görmək mümkündür"

“Püşkün komandamıza və azarkeşlərimizə xeyirli və uğurlu olmasını diləyirəm. Çalışacağıq ki, yaxşı oyun göstərək, yaxşı hazırlaşaq. Çünki İngiltərə Premyer Liqası dünyanın ən güclü çempionatıdır”.

"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Mütəxəssis UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkünü dəyərləndirib.

O, potensial namizədlərdən PSJ ilə "Nyukasl"ın eyni gücə malik olmasını qeyd edib:

“Hər mərhələ keçdikdən sonra daha ciddi rəqiblərlə qarşılaşırıq. “Nyukasl” Liqa mərhələsinin son turunda PSJ ilə 1:1 hesablı bərabərə qalıb. Ona görə demək olar ki, hər iki komandanın gücü təxminən eynidir. Həmişə Premyer Liqa klubuna qarşı oynamaq əlavə güc tələb edir. Çox ciddi rəqibdir".

Qurban Qurbanov bu mərhələdə komandalar arasında o qədər də ciddi fərq olmadığını diqqətə çatdırıb:

“Hər komanda bir-birinə qalib gələ bilir. Hər görüşdə 3-4 qol da görmək mümkündür. “Nyukasl” ciddi rəqibdir.

Çalışacağıq ki, matça yaxşı hazırlaşaq, rəqibi daha yaxından tanıyaq. “Nyukasl” bu mərhələdəki digər rəqiblərin heç birindən zəif deyil, Özünəxas oyun üslubuna malik və çox sürətli oynayan komandadır”.

Qeyd edək ki, təmsilçimizin ingilislərlə ilk oyunu fevralın 18-də Bakıda baş tutacaq.