Azərbaycan idmançıları Dünya Kubokunda uğurla çıxış etdilər

Azərbaycan idmançıları Dünya Kubokunda uğurla çıxış etdilər

Azərbaycan idmançıları Hindistanın Yeni Dehli şəhərində keçirilən zorxana və pəhləvan güləşi üzrə Dünya Kubokunda uğurla çıxış ediblər.

"Mediasport" xəbər verir ki, millimiz zorxana üzrə komanda yarışlarında 3-cü yeri tutub.

Fərdi çıxışlarda Xəyyam Orucov 1 gümüş və 2 bürünc, Rəsul Səfərov və Nihat Qasımov hərəyə 3 bürünc, Tural Allahverdiyev 1 bürünc medal qazanıb.

Pəhləvan güləşi üzrə yarışlarda İbrahim Yusubov qızıl, Fərid Qazıyev isə gümüş mükafat əldə edib.

Yekunda Azərbaycan komandası Dünya Kubokunu ümumi medal sıralamasında 3-cü pillədə başa vurub.