Azərbaycan klubları Avropa Kubokunda məğlub oldular
"Neftçi" və "Abşeron Layəns" basketbol klubları Avropa Kubokunda növbəti oyunlarında məğlub olublar.
"Mediasport" xəbər verir ki, I qrupunda yer alan təmsilçilərimizdən "Neftçi" Estoniyada "Kalev"ə 82:88 hesabı ilə uduzub.
Abşeronlular isə Polşada "Trefl"lə bacarmayıblar - 78:98.
4 turdan sonra 8 xalı olan "Neftçi" lider "Trefl"dən 1 xal geri qalır. "Abşeron Layəns" 6 xalla sonuncudur.
