Azərbaycan Kubokunun qalibi 1-ci Liqa klubunun baş məşqçisi oldu
Bu ilin yayında "Sabah"dan ayrılan Vasili Berezutskinin yeni komandası məlum olub.
"Mediasport" xəbər verir ki, rusiyalı mütəxəssis “Ural” klubunun baş məşqçisi təyin edilib.
43 yaşlı çalışdırıcı 1-ci Liqada yarışan Yekaterinburq təmsilçisi ilə müqavilə bağlayıb.
"Ural" hazırda çempionatda 21 turdan sonra 41 xalla 2-ci pillədə qərarlaşıb və lider "Fakel"dən 7 xal geri qalır.
Qeyd edək ki, Berezutski ötən mövsüm "Sabah"a Azərbaycan kubokunu qazandırıb.
