Güləşçilərimiz universiadanın ilk günündə 4 medal qazandılar

Güləşçilərimiz universiadanın ilk günündə 4 medal qazandılar

Azərbaycan güləşçiləri Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Türkdilli Dövlətlərin Universiadasının ilk günündə 4 medal qazanıblar.

"Mediasport" xəbər verir ki, "Ruh Ordo" mədəniyyət mərkəzinin idman zalında təşkil olunmuş yarışda 6 çəkidə mübarizə baş tutub.

Yunan-Roma güləşçilərimizdən Vədat Qasımlı (60 kq) qızıl, Əli Quliyev (97 kq) gümüş, Cavad Məmmədov (77 kq) bürünc medal əldə ediblər.

Sərbəst güləşdə isə Ramik Heybətov (74 kq) üçüncü yeri tutub.

Universiadada güləş yarışlarına bu gün yekun vurulacaq.