Yığma komandamızın bir üzvü Avropa çempionatına qatılacaq

 Yığma komandamızın bir üzvü Avropa çempionatına qatılacaq

Mayın 7-də Slovakiyanın paytaxtı Bratislava şəhərində 21 yaşadək stolüstü tennisçilərin Avropa çempionatına start götürəcək.

"Mediasport" xəbər verir ki, reytinq əsasında keçirilən yarışda Azərbaycanı Aylin Əsgərova təmsil edəcək.

Millimizin üzvü məşqçi Səbinə Əzizli ilə birlikdə bu gün Bratislavaya yola düşüb.

Qitə birinciliyi mayın 11-də başa çatacaq.