Səlimə Quliyeva Avropa çempionatında 3-cü yeri tutdu

 Səlimə Quliyeva Avropa çempionatında 3-cü yeri tutdu

Daha bir idmançımız Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən klublararası Avropa çempionatında bürünc medal qazanıb.

"Mediasport" xəbər verir ki, Səlimə Quliyeva (46 kq) qadınların mübarizəsində üçüncü olub.

Xatırladaq ki, buna qədər Aydan Hüseynova (36 kq, "İrəvan"), Rada Əsəd (44 kq, "Mübariz") fəxri kürsünün 1-ci, İslam Quluzadə (33 kq, "Alpman"), Gökalp Çilingir (40 kq, Nərimanov RİK), Renad Zülfiqarlı (+57 kq, "Alov") 2-ci, Əkbər Tağıyev (+30 kq, "Atlet") və Allahverdi Məmmədov (+78 kq, "Atlet") 3-cü pilləsində qərarlaşıb.