Azərbaycandan ayrılan daha bir futbolçu Braziliya klubuna keçdi

Bu mövsüm Azərbaycan Premyer Liqasında oynamış daha bir futbolçu Braziliyada çıxış edəcək.
"Mediasport" xəbər verir ki, "Qarabağ"ın üzvləri - Olavio Juninyo ("Flamenqu") və Riçard Almeydanın ("Primavera") ardından Viktor Braqa da karyerasını vətənində davam etdirmək şansı qazanıb.
Qış fasiləsində "Kəpəz"dən ayrılan yarımmüdafiəçi D Seriyasında mübarizə aparan "Rio Branko" klubuna keçib.
23 yaşlı "sambaçı" 1 illik müqaviləyə qol çəkib.
Xatırladaq ki, Braqa Gəncə klubuna 2024-cü ilin yayında bir illik anlaşma ilə cəlb edilmişdi.