Azərbaycanın 8 boksçusu Çində Dünya Kubokunda yarışacaq

Azərbaycanın 8 boksçusu Çində Dünya Kubokunda yarışacaq

Azərbaycan millisinin 8 boksçusu Çinin Quyyan şəhərində keçiriləcək Dünya Kubokunda mübarizə aparacaq.

Bu barədə "Mediasport"a Azərbaycan Boks Federasiyasından məlumat verilib.

İyunun 15-dən 22-dək davam edəcək birincilikdə ölkəmizin idman şərəfini Sübhan Mamedov (50 kq), Amin Məmmədzadə (55 kq), Məhəmmədəli Aşırəliyev (60 kq), Malik Həsənov (65 kq), Nəbi İsgəndərov (70 kq), Səidcəmşid Cəfərov (75 kq), Murad Allahverdiyev (80 kq) və Alfonso Dominges (90 kq) qoruyacaq.

Reytinq xarakterli turnirdə komandaya baş məşqçi Ravşan Xocayev rəhbərlik edəcək.

Hazırda Çimkənddə təlim-məşq toplanışında olan komanda Çinə Qazaxıstandan yollanacaq.

Xatırladaq ki, yığmamız Braziliyada keçirilən ilin ilk Dünya Kubokunda 3 qızıl, 1 bürünc medal qazanmışdı.