Azərbaycanın yeddi avarçəkəni Uralsk şəhərində turnirdə yarışacaq

 Azərbaycanın yeddi avarçəkəni Uralsk şəhərində turnirdə yarışacaq

Qazaxıstanın Uralsk şəhərində 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş kayak və kanoe üzrə beynəlxalq reqata təşkil olunacaq.

"Mediasport" xəbər verir ki, iyunun 1-2-də keçiriləcək yarışda Azərbaycan geniş heyətlə təmsil olunacaq.

Kanoe növündə bir avarçəkənimiz Hüseyn Səmədli mübarizə aparacaq.

Digər 6 idmançımız - Mustafa Vəlizadə, Elmir Tarverdiyev, İvan Vorobjanskiy, Vacib Babayev, Hüseyn Həsənov və Nuran Rəhimli yarışlarda kayak qayığında güclərini sınayacaqlar.