Beynəlxalq dərəcəli hakimlərimiz Qazaxıstanın açıq çempionatında

Azərbaycanın beynəlxalq dərəcəli taekvondo referiləri Rza Məcidov və Seymur Məmmədov Qazaxıstandan dəvət alıb.
"Mediasport" xəbər verir ki, ədalət təmsilçiləri gənclər arasında keçiriləcək açıq çempionatda hakimlik edəcəklər.
Martın 10-dan 14-dək keçiriləcək yarış dünya çempionatına seçim xarakteri daşıdığı üçün görüşlər yalnız beynəlxalq dərəcəli hakimlər tərəfindən idarə olunacaq.