Azərbaycan boksçuları Avropa çempionatının 1/4 finalında

 Azərbaycan boksçuları Avropa çempionatının 1/4 finalında

Azərbaycan daha iki boksçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən U-23 Avropa çempionatında 1/4 finala yüksəlib.

"Mediasport" xəbər verir ki, 55 kq-da Amin Məmmədzadə 1/8 finalda Friha İsmail Maqraovi (İspaniya) ilə döyüşüb.

Boksçumuz rəqibini 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:25) hesabı ilə məğlub edib. O, 1/4 finalda Qor Ayvazyanla (Gürcüstan) qarşılaşacaq.

Tağı Nəsibov (60 kq) isə eyni mərhələdə Yakub Krzpyetdən (Polşa) üstün olub – 4:1 (29:28, 28:29, 29:28, 30:27, 29:28).

O, növbəti görüşündə Qavin Ryanla (İrlandiya) üz-üzə gələcək.

Nəsibov yarımfinal uğrunda sabah, Məmmədzadə noyabrın 26-da rinqə çıxacaq.

Avropa çempionatı noyabrın 29-da başa çatacaq.