Azərbaycanlı futbolçu Maldiv adalarında ölkə çempionu oldu

Azərbaycanlı futbolçu Maldiv adalarında ölkə çempionu oldu

Azərbaycanlı futbolçu Nazim Məmmədzadə Maldiv adalarında çempionluq yaşayıb.

"Mediasport" xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçinin formasını geyindiyi "Maziya" qızıl medalı son turda rəsmiləşdirib.

Xatırladaq ki, Məmmədzadə komandaya mövsümün ortasında qoşulub.

O, son olaraq Qırğızıstanda “Alay” klubunda forma geyinib.