Berdıyev vəfat edən dostu haqda: "Böyük mütəxəssisi itirdik"

Berdıyev vəfat edən dostu haqda: "Böyük mütəxəssisi itirdik"

"Boris İqnatyevin vəfatı Rusiya futbolu, doğmaları və yaxınları üçün böyük itkidir. Bizim dostluğumuzun tarixi çox əvvəllərə dayanır".

"Mediasport" xəbər verir ki, bunu mətbuat xidmətinə açıqlamasında "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev deyib.

Mütəxəssis rusiyalı həmkarının vəfatına görə kədərləndiyini bildirib:

"Dünyanın ən səmimi insanlarından biri idi. Onun insani keyfiyətləri haqda çox danışmaq olar. Mükəmməl ailə başçısı, ata və dost idi.

Gənc futbolçuların inkişafında çox böyük əməyi olub. Onlarla peşəkar futbolçunu ölkə futboluna qazandırıb. Böyük mütəxəssisi, gözəl qəlbli dostumuzu itirdik".

Xatırladaq ki, Rusiya yığmasının sabiq baş məşqçisi Boris İqnatyev bu gün 85 yaşında vəfat edib.