"Bizi "Qarabağ"la olduqca vacib oyun gözləyir" - Robbi Kin

"Bizi "Qarabağ"la olduqca vacib oyun gözləyir" - Robbi Kin

"Çempionat oyunu geridə qaldı. Bir çox futbolçumuza istirahət vermişdik. Artıq "Qarabağ"la matça hazır olmalıyıq".

"Mediasport" xəbər verir ki, bunu UEFA Çempionlar Lqiasının pley-off mərhələsində "Qarabağ"a rəqib olacaq Macarıstanın "Ferensvaroş" klubunun baş məşqçisi Robbi Kin deyib.

İrlandiyalı mütəxəssis bu gündən Azərbaycan çempionu ilə görüşə hazırlaşacaqlarını diqqətə çatdırıb:

"Bir neçə oyunçumuz dincəldi, onlar da çərşənbə axşamı baş tutacaq matçı hazır olacaqlar. Avqustun 19-da bizi olduqca vacib oyun gözləyir".

Qeyd edək ki, Budapeştdə reallaşacaq duel Bakı vaxtilə saat 23:00-da start götürəcək.

Komandalar avqustun 26-da Bakıda cavab qarşılaşmasına çıxacaqlar.